Ukrayna Baş Prokurorluğu rus hərbçiləri tərəfindən ukraynalı məhbusların kütləvi güllələnməsi ilə əlaqədar cinayət işi açıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, gələn xəbərlərə əsasən, Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Pokrovski rayonunun Nikolaevka və Suxoy Yar kəndləri yaxınlığında 16 ukraynalı hərbi əsir öldürüblər.
Teleqram kanallarında yayımlanan videoda əsir düşmüş Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin meşə zolağından necə çıxdığı göstərilir. Onlar sıraya düzüldükdən sonra rus hərbçiləri onlara atəş açıb. Həyat əlamətləri göstərən yaralılar pulemyotdan açılan atəşlə uzaq məsafədən məhv edilib.
Beynəlxalq humanitar hüquqa görə, təslim olan əsgərlərin güllələnməsi müharibə cinayəti sayılır.
"Bu, Ukrayna hərbçilərinin cəbhə xəttində edam edilməsi ilə bağlı məlum olan ən böyük hadisədir və məhbusların öldürülməsi və işgəncə edilməsi təsadüfi deyil”, - Ukrayna baş prokuroru Andrey Kostin bildirib.
Rusiya tərəfi bu ittihamları şərh etməyib.
Musavat.com