Rusiya hərbçiləri ermənilərə 30 ton yardım payladı - VİDEO

Rusiya sülhməramlıları İkinci Dünya müharibəsində nasizm üzərində Qələbənin 78-ci ildönümü münasibətilə Qarabağın ucqar kəndlərinə humanitar yardım çatdırıblar.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Rusiya sülhməramlı kontingentinin hərbçiləri “Biz birik” çoxmillətli layihəsi ilə birgə Dağlıq Qarabağa 30 ton humanitar yardım çatdırıb, ərzaq bağlamaları şəklində bu yük Dağlıq Qarabağın ucqar kəndlərinə göndərilib”, - deyə məlumatda bildirilir.

Musavat.com

12.05.2023 14:55
1750