Rusiya hava limanları VURULSUN! - Borrell Qərbə ÇAĞIRIŞ ETDİ – Putin gecə təcili Kremlə GƏLDİ

Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ ölkələrini Ukraynanın Rusiyadakı hava limanlarına hücum etmək və obyektləri vurması üçün Qərb silahlarından istifadə etməyə icazə verməyə çağırıb.

“Bir daha vurğulayacağam ki, Ukraynaya Rusiya hava limanlarını və obyektləri Qərb silahları ilə vurmağa icazə verilməlidir, Ukrayna təkcə oxları deyil, oxatanları da vursun!” - Borrell qeyd edib.

O, Aİ ölkələrinin heç də hamısının bu təkliflə razılaşmadığını etiraf edib. Sonra əlavə edib ki, biz söz vermişik, Ukraynaya nə qədər vaxt lazımdırsa, onu dəstəkləyəcəyik və bu qış enerji cəbhəsi əsas olacaq.

Rusiya Prezidenti Vladimir Putinin gecə saatlarında Kremldə təcili iclas keçirdiyi haqda iddia yayılıb. Bildirilib ki, onun kortejinin Moskvada gecə 22:45-də (Bakı vaxtı ilə 23:45) hərəkətinin səbəbi budur. Rusiya mediasının məlumatına görə, müdafiə naziri Andrey Belousov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Prezidentin müşavirləri Aleksey Dyumin, Nikolay Patruşev, Baş Qərargah rəisi Valeri Gerasimov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narişkin, “Rostex” korporasiyasının rəhbəri Sergey Çermezov, Rosqvardiya rəhbəri Viktor Zolotov təcili olaraq Kremlə çağırılıblar.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da istefada olan polkovnik Üzeyir Cəfərovla müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

01.10.2024 11:27
1212