Moskva İrəvanla Bakı arasında ən kəskin ziddiyyətlərin aradan qaldırılması və sülh müqaviləsinin bağlanması istiqamətində fəaliyyətini davam etdirir.
Musavat.com-un məlumatına görə, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib.
Xarici hərbi attaşelər üçün brifinqdə çıxış edən general qeyd edib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması, eləcə də Azərbaycanla Ermənistan arasındakı ziddiyyətlərin aradan qaldırılması, problemlərin həlli istiqamətində siyasi yolda məqsədyönlü iş aparır.
“Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır, lakin sabitləşmə ilə bağlı davamlı tendensiyaya malikdir”, - Gerasimov bildirib.
Rus generalının sözlərinə görə, Rusiya hərbi kontingenti Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir.
Musavat.com