Gecə saatlarında Rusiya silahlı qüvvələri Ukraynanın müxtəlif bölgələrinə hücum həyata keçirib.
Musavat.com xəbər verir ki, Odessada liman infrastrukturu raket atəşinə tutulub və bir neçə yanğın baş verib. Hücum nəticəsində 1 nəfər ölüb.
Sumı vilayətində isə 12 nəfər yaralanıb, onlardan ikisi uşaqdır. Hücum zamanı yaşayış binası, 13 fərdi ev, təsərrüfat tikililəri və qaraj zərər görüb.
Rusiya ordusu Ukraynanın İzmail şəhərində yanacaq-energetika infrastrukturunu da hədəf alıb. Nəticədə ərazidə güclü yanğın baş verib.
Musavat.com