Caliber.Az sentyabrın 14-də "Böhran görüntüsü: Rusiya-Ermənistan-Qərb üçbucağında nələr baş verir" məqaləsində Rusiyanın Ermənistana silah tədarükünü bərpa etdiyini bildirib.
Musavat.com Oxu.az-a istinadla xəbər verir ki, bu gün nəşr bu məlumatın növbəti təsdiqini alıb: Moskva İrəvana böyük miqdarda "Smerç" reaktiv yaylım atəşi sistemi (YARS) üçün raketlərin göndərilməsinə başlayıb. Bu, təbii olaraq, Ermənistanın revanşist və təcavüzkar planlarını qızışdırır.
Rusiyanın Ermənistan ordusunu yenidən silahlandırması Moskva ilə İrəvan arasında "ciddi fikir ayrılıqları" fonunda baş verir ki, bu da əvvəllər qeyd edildiyi kimi, dünyanın, o cümlədən 2022-ci ildə Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayan Azərbaycanın da diqqətini yayındırmaq üçün oynanan siyasi tamaşadan başqa bir şey deyil.
Ermənistana Rusiya silahlarının tədarükünü diqqətlə gizlətmək cəhdlərinə baxmayaraq, Bakıda bu barədə yaxşı məlumatlıdırlar və müvafiq nəticələr artıq çıxarılıb.
"Smerç" YARS raketlərinin xüsusiyyətləri:
Raketin növü: 9M55K, 9M55F, 9M55S, 9M528 və s.
Raketin uzunluğu: təxminən 7,6 metr.
Kalibr: 300 mm.
Atış məsafəsi:
Minimum: 20 km
Maksimum: 70 km (standart raketlər üçün)
Modernləşdirilmiş raketlərlə: 90 km-ə qədər
Raketin çəkisi: təxminən 800 kq
Döyüş hissəsinin çəkisi:
Qəlpəli-fuqas raketlər: təxminən 243 kq.
Kasset raketlər: təxminən 280 kq.
Döyüş hissələrinin növləri:
Qəlpəli-fuqas
Kumulyativ-qəlpəli döyüş elementləri olan kassetli
Termik (yandırıcı)