Rusiyada DOHA tələbə onlayn nəşrinin keçmiş redaktoru Armen Aramyan terrorizmi təbliğ etdiyinə görə beynəlxalq axtarışa verilib.
Musavat.com xəbər verir ki, qərarı Moskvanın Basmannı məhkəməsi qəbul edib.
Məhkəmə qərarına əsasən Aramyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “e” bəndi, 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunur. Bu maddələr Rusiya Silahlı Qüvvələrindən istifadəyə dair yalan məlumatların yayılması, terrorçuluq fəaliyyətinin həyata keçirilməsi üçün açıq çağırışlar, terrorizmə ictimai bəraət qazandırmaq və ya terrorizmin təbliğinə görə cəzaları nəzərdə tutur.
Məhkəmə Aramyanın barəsində qiyabi həbs qərarı da verib. Qərara əsasən o, Rusiyaya ekstradisiya edildiyi gün 2 aylıq həbs olunmalıdır.
Musavat.com