Rusiya ən təhlükəsiz messenceri blokladı

Rusiya ən təhlükəsiz messencer hesab olunan "Signal"ı bloklamağa başlayıb.

Musavat.com xəbər verir ki, sosial mediada bu blokdan yayınmaq üçün məsləhətlər və təlimatlar yayılıb.

Onlardan birində göstərilir ki, blokdan yayınmaq üçün ayarlar bölümünün məxfilik parametrlərində “Senzuradan yayınma” rejimini aktivləşdirmək lazımdır. Eyni zamanda, paralel olaraq ölkə seçimində mütləq Rusiyanı göstərmək vacibdir. Bununla da rahatlıqla blokdan yayınmaq mümkün olur.

Musavat.com

09.08.2024 18:05
315