Rusiya emal sənayesində tənəzzül başlayıb

2024-cü ilin sentyabrında Rusiyanın emal sənayesi üzrə PMI indeksi kəskin azalaraq avqustdakı 52,1 bəndə qarşı 49,5 bənd təşkil edib.

Musavat.com xəbər verir ki, bu S&P agentliyinin global tədqiqat materiallarında əksini tapıb.

Sonuncu dəfə indeks dəyəri 2022-ci ilin aprelində “kritik” işarədən aşağı düşüb. Göstəricinin 50 baldan yuxarı olması işgüzar aktivliyin artmasını, bu səviyyədən aşağı olması isə azalmanı göstərir.

Hesabata görə, sektorda aktivliyin azalmasına zəif tələb və təchizatların gecikmələri fonunda istehsal həcmlərinin azalması (2022-ci ilin iyul ayından bəri ilk dəfə) səbəb olub.

Sentyabrda sona çatan 27 aylıq artım silsiləsi ilə yeni sifarişlər azaldı. Eyni zamanda ixrac sifarişləri 2023-cü ilin avqustundan bu yana ən yüksək templə artım göstərib. Respondentlərin qeyd ediblər ki, həcmlərin bu genişlənməsi Mərkəzi Asiyadan olan müştərilərin artan tələbi ilə bağlıdır.

Təchizat zənciri problemləri - dəmir yolu nəqliyyatında və beynəlxalq logistikada gecikmələr - sentyabr ayında təchizatçıların fəaliyyətinin kəskin şəkildə pisləşməsinə səbəb olub. Çatdırılma müddətlərində artım 2022-ci ilin iyulundan bəri ikinci belə böyük artımdır.

Xammal çatışmazlığı və daha yüksək nəqliyyat xərclərini nəzərə alaraq, sektordakı şirkətlər müştərilərə ötürmək istədikləri xərclərin artdığını bildirirlər - satış qiymətləri keçən oktyabrdan bəri ən sürətlə yüksəlib. Satış qiymətlərinin inflyasiya dərəcələri tarixi rekorda çatıb.

Yeni sifarişlərin axınının azalması ilə əlaqədar olaraq, sənayedəki şirkətlər üçüncü rübün sonunda işçilərin sayını azaldıb. İş yerlərinin itirilməsinin sürəti 2022-ci ilin oktyabrından bəri ən sürətli olub. Bununla belə, başa çatdırılmayan işlər dörd ayda üçüncü dəfə azalıb. Azalma tempi davamlı olmaqla fevral ayından bəri ən kəskin şəkil alıb. Çünki şirkətlər yarımçıq qalan sifarişləri səmərəli şəkildə emal edə bildilər.

Respondentlərin növbəti 12 ay ərzində genişlənmə perspektivlərinə dair biznes inamı yeni məhsul xətlərinə planlaşdırılan investisiyalara görə sabit qalıb qalıb. Eyni zamanda sənayedə nikbinlik dərəcəsi 2023-cü ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb.

Musavat.com

01.10.2024 20:07
360