Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının operativ iclasını keçirib. O, XİN başçısı Lavrovdan son xarici təmaslar barədə hesabat verməsini istəyib.
Rusiya 106-cı hava-desant diviziyasının əlavə hissələrini Kursk vilayətində yerləşdirib. Bu haqda ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Bildirilib ki, Rusiya davam edən əks-hücumlarını dəstəkləmək üçün daha təcrübəli qüvvələri yenidən yerləşdirməyə başlaya bilər:
“Sentyabrın 11-də yayımlanan görüntülərdə Rusiyanın 137-ci hava desant alayının (106-cı hava desant diviziyası) bölmələrinin Snaqostun şimal-qərbində hücumda iştirak etdiyi əks olunub.
Avqustun sonuna olan məlumata görə, bu bölmələr Ukraynanın Severski istiqamətində fəaliyyət göstərirdi. 106-cı hava desant diviziyasının 51-ci hava desant alayının bölmələri də Kursk vilayətində döyüşür”.
İnstitutun analitiklərinin fikrincə, Ukraynaqüvvələrini Kursk bölgəsindən tamamilə çıxarmaq üçün Rusiyaya əlavə canlı qüvvə və daha təcrübəli bölmələr lazımdır: “Rusiya 106-cı hava-desant diviziyasının əlavə hissələri ilə yanaşı, daha təcrübəli döyüş birləşmələrini də Kursk bölgəsində cəmləşdirə bilər”.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Zaur İbrahimli ilə müzakirə aparır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat