NATO Ukraynadakı döyüşlərə qarışdı. Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında məlumat verib.
Spikerinin sözlərinə görə, ABŞ, Almaniya, Böyük Britaniya və Fransanın Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələr endirilməsi məsələsini müzakirə etdikdən sonra alyansın hərbi əməliyyatlara başlaması barədə danışmaq mümkün olub.
“Ukrayna Silahlı Qüvvələri adı altında NATO faktiki olaraq döyüşür. Əvvəllər bunlar məsləhətçilər və təlimatçılar idi, indi muzdlular və NATO silahlarından istifadə edən bütöv birliklərdir. Onlar ölkəmizin hansı şəhərlərinə hücum ediləcəyini müəyyənləşdirir, hərbi hərəkətləri əlaqələndirir və əmrlər verirlər”, – Volodin öz bloqunda yazıb.
Xarici işlər naziri Sergey Lavrov daha əvvəl oxşar bəyanatla çıxış etmişdi. O bəyan edib ki, Qərb Rusiya ərazisinə hücumlar üçün Ukrayna Silahlı Qüvvələrinə birbaşa dəstək verir.
Rusiya prezidenti Vladimir Putin də bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin ölkənin dərinliklərinə zərbə endirməsinə icazə verilməsi NATO-nun münaqişədə birbaşa iştirakı deməkdir.
ABŞ Prezidenti Co Bayden Ukraynaya Fransa və ya Britaniya istehsalı olan dəqiq uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verə bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Times” mənbələrə istinadən yazıb.
"ABŞ Ukraynaya Rusiya ərazisində özünün daha uzun mənzilli silahlarından yox, Britaniya və Fransa raketlərindən istifadə etməyə icazə verə bilər", - məlumatda deyilir.
Söhbət “Storm Shadow” və “Scalp” uzaq mənzilli raketlərdən gedir.
Eyni zamanda Britaniya hərbi dairələri bildiriblər ki , London Rusiya ərazisindəki dərinliklərə zərbələr endirmək üçün müttəfiqlərinin dəstəyinə ehtiyac duymur.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı: