Ermənistanın müdafiə naziri Suren Papikyan istefa ərizəsi yazıb.
Bu iddia ilə Ermənistan mediası çıxış edib. Məlumata görə, Papikyanın Rusiya ilə kifayət qədər yaxın əlaqələri var və bu səbəbdən o, Nikol Paşinyanın Moskva ilə bağlı addımlarından narahatdır.
Ermənistandakı anti-Rusiya prosesində yer almaq istəməyən nazirin tezliklə istefa verəcəyi iddia edilir.
Bir müddət Qarabağda separatçıların əsas adamı kimi çıxış edən, ara qarışan kimi Xankəndini tərk edib, Ermənistana qaçan Artaq Beqlaryan iddia edib ki, hazırda Xankəndi və ətraf rayonlarda 40 nəfər erməni yaşyır. “Iravun”a verdiyi açıqlamasında bildirib ki, onlardan 15 nəfərinin kimliyini artıq dəqiqləşdiriblər. “Digərlərinin də şəxsiyyətini araşdırırıq. Onların sayı 40 nəfəri keçməyəcək”.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilən separatçıların keçmiş lideri Araik Arutyunyana Cinayət Məcəlləsinin 9 maddəsi üzrə iş açılıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
“Bu il oktyabrın 3-də Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.
Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda deyilib.
Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan barəsində həbs qətimkan tədbiri seçilib. Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin verdiyi təqdimatlara baxılıb.
Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə Arkadi Qukasyan barəsində təqdimat təmin olunub və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bako Saakyan və David İşxanyan barəsində isə təqdimatlara məhkəmənin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılıb. Həmin şəxslər barəsində də təqdimatlar təmin edilib və 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hər 3 şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib və barələrində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham verilib.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Turab Rzayevlə müzakirə aparır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat