Rusiya ordusu Ukraynanın Dnepr şəhərinə raket zərbələri endirib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.
Prezident qeyd edib ki, şəhərdəki klinikaya raket zərbələri nəticəsində 1 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.
Musavat.com