Rusiya danışıqlara baxmayaraq dronları işə saldı

Rusiya Ukrayna üzərində dron hücumlarına başladı, raket zərbəsi ehtimalı var. 

Musavat.com xəbər verir ki, ABŞ-da aparılan danışıqlara baxmayaraq, Rusiya tərəfi Ukrayna üzərində təxminən 40 pilotsuz uçuş aparatı (BPU) göndərib. 

Həmçinin mövcud məlumatlar Rusiyanın yaxın gələcəkdə raket zərbəsi endirməyə hazırlaşdığını göstərir: Rusiya Hərbi Hava Qüvvələrinin strateji aviatsiya idarəetmə məntəqələri döyüş tezliyində kommunikasiya aparıb.

Ekspertlər bu vəziyyəti Ukrayna üçün potensial təhlükə kimi qiymətləndirirlər və hava hücumlarına qarşı ehtiyat tədbirlərinin gücləndirilməsini tövsiyə edirlər. 

 

Musavat.com

photo_2025-08-19_00-31-13.jpg (113 KB)

19.08.2025 00:33
385