Rusiya hakimiyyəti 106-cı hava-desant diviziyasının əlavə hissələrini Kursk vilayətində yerləşdirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə mərkəzi Vaşinqtonda yerləşən Müharibə Tədqiqat İnstitutu (ISW) bildirir.
Sentyabrın 11-də yayımlanan görüntülərdə Rusiyanın 137-ci Hava Desant Alayının (106-cı Hava Desant Diviziyası) bölmələrinin Snaqostun şimal-qərbində hücumda iştirak etdiyi əks olunub.
Qeyd edək ki, 137-ci Hava Desant Qüvvələri alayının bölmələri avqustun sonuna qədər Ukraynanın Severski istiqamətində fəaliyyət göstərirdi.
106-cı hava desant diviziyasının 51-ci hava desant alayının bölmələri də Kursk vilayətinə daxil olub.
ISW ekspertlərinin fikrincə, Ukrayna qüvvələrini Kursk bölgəsindən tamamilə çıxarmaq üçün Rusiya hakimiyyətinə əlavə canlı qüvvə və daha təcrübəli bölmələr lazımdır.
Musavat.com