Bu gün Çin valyutası olan yuan dollar qarşısında 2007-ci ildən bəri ən aşağı həddə düşüb.
Musavat.com "Financial Times"a istinadən xəbər verir ki, valyuta birjalarında 1 dollar 7,3284 yuana ticarət olunmağa başlayıb. 2020-ci ildəki ən sərt qapanmalar dövründə belə Çin valyutası bu qədər dəyərsizləşməmişdi. 2023-cü ilin əvvəlindən yuan dollar qarşısında 6 faizdən çox məzənnə itkisi ilə üzləşib.
"Financial Times"ın yazdığına görə, yuanın dəyərsizləşməsi Çin iqtisadiyyatındakı problemlərin gizlədilməsi mümkün olmayan həddə çatması ilə bağlıdır. Bu gün Çin Baş Gömrük İdarəsi avqust üzrə xarici ticarət göstəricilərini açıqlayıb. Məlum olub ki, Çinin xarici ticarət dövriyyəsinin müsbət saldosu, idxal və ixracı azalıb.
Yuana təzyiq göstərən digər amil Çinin daşınmaz əmlak bazarındakı problemlərin dərinləşməsidir. Ölkənin daşınmaz əmlak sektorundakı ən böyük oyunçusu iflas elan olunub...
Musavat.com