“Rospotrebnadzor” “Cermuk” markalı mineral suların Rusiya ərazisində satışının dayandırılması barədə qərar qəbul edib.
Musavat.com xəbər verir ki, xidmətin yaydığı məlumata görə, əhaliyə bu sulardan istifadə etməmək məsləhət görülür.
Qərara 2024-cü il fevralın 12-də Vladiqafqaz sakininin “Cermuk” markalı mineral su içdikdən sonra qida borusunun yanıq xəsarəti alması ilə bağlı daxil olmuş məlumat səbəb olub. Belə ki, Vladiqafqaz sakini mağazadan aldığı “Cermuk” suyunu içdikdə şüşədə mineral su deyil, sirkə turşusu olduğu aydınlaşıb: suyu içən şəxsin qida borusu ciddi yanıq zədəsi alıb. Hadisədən sonra Şimali Osetiyada satışda olan bütün “Cermuk” sularının yığışdırılmasına başlanıb. Ardınca isə “Rospotrebnadzor” eyni addımın bütün Rusiyada atılması barədə qərar qəbul edib.
Qeyd edək ki, “Cermuk” Ermənistanda istehsal olunur.
Musavat.com