2024-cü il martın 20-dən Rusiyadan buğda və meslin (buğda və çovdar qarışığı) ixraca görə rüsum 1 ton üçün hazırkı 3344,5 rubldan 3143 rubla endirilib. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Kənd Təsərrüfatı Nazirliyi açıqlayıb.
Məlumatdan aydın olur ki, arpanın əlavə ixrac rüsumu əvvəlki 667,6 rubla qarşı 408,1 rubl, qarğıdalı üçün rüsum bir ton üçün 527 rubla qarşı 71,2 rubla qədər azalacaq.
Buğdanın ixrac rüsumunun dərəcəsi bir ton üçün 236,6 dollar, arpada bir ton üçün 181,2 dollar, qarğıdalıda 1 ton üçün 175,9 dollar qiymətinə əsasən hesablanır.
Rusiyadan taxıl ixracına “üzən” rüsum 2021-ci il iyunun 2-dən qüvvədədir. Kənd Təsərrüfatı Nazirliyi Moskva Birjasında bağlanmış müqavilələr üzrə məlumatlara uyğun olaraq bir həftə müddətinə rüsumun məbləğini göstərici qiymətə əsasən müəyyən edir. 2022-ci il iyulun 1-dək rüsumlar dollarla hesablanırdı, sonra isə rubla çevrilirdi.
Musavat.com