Rusiya buğdanın ixrac rüsumunu kəskin azaldır

Noyabrın 29-dan Rusiyadan buğda ixracı üçün rüsum dərəcəsi 13,1 faiz azalacaq.

Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasə rüsum bir həftə əvvəlki 4395,4 rubl ilə müqayisədə 3820,2 rubl təşkil edəcək.

Arpanın ixrac rüsumu altıncı həftə ardıcıl olaraq sıfır olacaq. Qarğıdalının ixrac rüsumu bir ton üçün 1013,1 rubldan 642 rubla qədər azalacaq.
Tariflər indikativ qiymətlər əsasında hesablanıb: buğdanın tonu üçün 253 dollar (bir həftə əvvəl 254,8 dollar), arpa üçün 165,8 dollar (165,2 dollar), qarğıdalı üçün 189,7 dollar (189,6 dollar).

Rüsumlar dekabrın 5-i daxil olmaqla qüvvədə olacaq.

Xatırladaq ki, 2023-cü ilin iyun ayından buğdaya ixrac rüsumunun hesablanması üçün baza qiyməti bir ton üçün 15 min rubldan 17 min rubla, arpa və qarğıdalıda bir ton üçün 13,875 rubldan 15,875 rubla qədər artırılıb.

 

Musavat.com

24.11.2023 21:32
897