Rusiya buğdanın ixrac rüsumunu azaldır

Mayın 29-dan Rusiyadan ixrac olunan buğdanın əlavə rüsumu 2977,3 rubl azaldılaraq 1 ton üçün 3109,7 rubl təşkil edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, qeyd olunan dövrdən arpan və qarğıdalının əlavə ixrac rüsumu yenidən sıfır həddində olacaq.

Buğda üçün ixrac rüsumunun dərəcəsi bir ton üçün 234,5 dollar, arpa üçün bir ton üçün 165,9 dollar, qarğıdalı üçün 170,2 dollar göstərici qiymətinə əsasən hesablanır.

Qeyd edək ki, Rusiyadan taxıl ixracına “üzən” rüsum 2021-ci il iyunun 2-dən qüvvədədir. Kənd Təsərrüfatı Nazirliyi Moskva Birjasında bağlanmış müqavilələr üzrə məlumatlara uyğun olaraq bir həftə müddətinə rüsumun məbləğini göstərici qiymətə əsasən müəyyən edir.

Musavat.com

24.05.2024 18:59
2331