1 iyul 2023-cü il - 30 iyun 2024-cü il aralığını əhatə edən son mövsümdə Rusiya buğda və arpa ixracında dünyada birinci yeri tutub.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı bazarlarının tənzimlənməsi departamentinin direktoru Aleksandr Malov Federasiya Şurasının iclasında məlumat açıqlayıb.
O qeyd edib ki, ümumilikdə Rusiya taxıl və taxıl bazarına görə dünyada üçüncü, bitki yağı ixracına görə isə ikinci yerdədir.
Malov onu da bildirib ki, hazırda Rusiya 160-dan çox ölkəyə kənd təsərrüfatı məhsulları ixrac edir.
Bundan əvvəl Rosselxoznadzor başa çatmış kənd təsərrüfatı mövsümündə taxıl məhsullarının ixracının əvvəlki mövsümlə müqayisədə 21 faiz artaraq 89,3 milyon ton təşkil etdiyini bildirmişdi. O cümlədən arpa ixracı 67 faiz artaraq 9,46 milyon tona çatıb.
Mayın sonunda Rusiya baş nazirinin müavini Dmitri Patruşev Ümumrusiya Taxıl Forumunda bildirib ki, Rusiya 2023-2024-cü il kənd təsərrüfatı mövsümündə 70 milyon tona qədər taxıl ixrac edə bilər ki, bunun da təxminən 53 milyon tonu buğdadır.
Musavat.com