2024-cü ilin yanvar-aprel aylarında Rusiyanın icmal büdcəsi 4 trilyon 81,3 milyard rubl kəsirlə icra edilib.
Musavat.com xəbər verir ki, bu məlumat Federal Xəzinədarlığın saytında yerləşdirilən materiallarda açıqlanıb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında icmal büdcə 1 trilyon 734,9 milyard rubl (bu il 2,4 dəfə çoxdur) kəsirlə icra edilib.
Yanvar-aprel aylarında icmal büdcənin gəlirləri 17 trilyon 954,0 milyard rubl, xərcləri 22 trilyon 35,3 milyard rubl təşkil edib.
Dörd ayda Rusiya büdcəsinin kəsiri 3 trilyon 962,8 milyard rubl təşkil edib. Əvvəllər Maliyyə Nazirliyi 2024-cü ilin yanvar-aprel ayları üçün federal büdcə kəsirini ilkin olaraq 1,484 trilyon rubl səviyyəsində qiymətləndirmişdi.
Bu göstəricinin tənzimlənməsi nəticəsində büdcə gəlirləri 11 trilyon 684 milyard rubldan 8 trilyon 866,8 milyard rubla qədər azaldılıb.
Yanvar-aprel aylarında federal büdcə xərcləri 12 trilyon 829,5 milyard rubl təşkil edib.
Maliyyə Nazirliyi xərcləri 13,168 trilyon rubl həcmində qiymətləndirmişdi.
Musavat.com