Rusiya bu şəhəri DRONLARLA VURDU

Rusiya ordusu bu gecə Sumı vilayətinin Konotop şəhərinə hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Qeyd olunub ki, şəhərdə enerji infrastrukturuna ciddi ziyan dəyib.

Şəhər meri Artem Semenixin sözlərinə görə, təhsil müəssisələrinə də ziyan dəyib.

O qeyd edib ki, ruslar xəstəxanaları da hədəf alıb:

"Şəhərdə bütün cərrahlar iş başındadır. Hazırda iki nəfər xəstəxaya müraciət edib. Onlardan birinin vəziyyəti çox ağırdır".

Sumı Regional Dövlət Administrasiyası qeyd edib ki, yaralananların ümumi sayı artıq 13 nəfərə çatıb. 

"Düşmən Konotopun enerji obyektlərinə və mülki infrastrukturuna kütləvi hava zərbəsi endirib. Ruslar "Şahed" tipli PUA-lardan istifadə edərək, yaşayış binalarını, təhsil müəssisələrini və tibb obyektlərini hədəfə alıbar", - deyə administrasiya bildirib.

Qeyd edək ki, ötən ay Sumı vilayətində hərbi komandanlıq Rusiya ilə 20 kilometrlik sərhəd zonasında bütün kateqoriyadan olan vətəndaşların hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Musavat.com

12.09.2024 09:12
1027