Rusiya bu quruma seçilə bilmədi: Hansı ölkələr keçdi?

Rusiyanın BMT İnsan Hüquqları Şurasına üzv seçilmək cəhdi baş tutmayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, üzvlük üçün keçirilən səsvermədə Rusiya zəruri olan 97 səsdən 83-nü toplaya bilib.

Şura üzvlüyünə 123 səslə Albaniya və 160 səslə Bolqarıstan seçiliblər.

Musavat.com

10.10.2023 20:10
1098