Rusiya bu ölkələrə qaz nəqlinə dair 15 illik müqavilə imzalayacaq

“Qazprom” şirkəti 2024-cü ilin yayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Qırğızıstan, Qazaxıstan və Özbəkistanla ortamüddətli qaz tədarükü müqavilələri imzalamağa hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı şirkətin İdarə Heyətinin sədri Aleksey Miller Yeni il öncəsi yekun selektor konfransında açıqlayıb.

Xatırladaq ki, Rusiya qazının Qazaxıstandan keçməklə Özbəkistana tədarükü bu ildən “Mərkəzi Asiya – Mərkəz” qaz nəqli sistemi vasitəsilə başlayıb və bu sistem əks rejimə keçib. “UzGaztrade” ASC ilə “Qazprom Export” MMC arasında iki illik müqavilə gündə 9 milyon kubmetr, ildə demək olar ki, 2,8 milyard kubmetr ixrac həcmini nəzərdə tutur: “Bu il dekabrın əvvəlində Özbəkistana da şaxtalar gəldi. Biz Özbəkistana gündəlik müqavilə öhdəliklərimizdən iki dəfə çox qaz tədarükünü təmin etdik. Və bu gün, dekabr ayında biz “ Mərkəzi Asiya - Mərkəz” qaz kəməri il Özbəkistana texnoloji cəhətdən mümkün olan maksimum rejimdə qaz çatdırırıq.İndi biz çox qısa müddətdə “Mərkəzi Asiya-Mərkəz” xəttinin ötürmə qabiliyyətinin artırılmasının ikinci mərhələsini - həyata keçirməyə başladıq. 2025-ci il noyabrın 1-dək əhəmiyyətli dərəcədə böyük həcmlərin tədarükünə başlamalıyıq. Qırğızıstan, Qazaxıstan və Özbəkistandakı tərəfdaşlarımızla razılaşdığımız ortamüddətli on beş illik müqavilələr gələn ilin ortalarında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bağlanacaq. Noyabrda isə rən bu müqavilələr çərçivəsində Mərkəzi Asiya respublikalarına etibarlı, dayanıqlı tədarüklər başlayacaq”.

Musavat.com

28.12.2023 20:20
737