Rusiya bu ölkədə səfirlik açdı

Rusiya səfirliyi 31 illik fasilədən sonra Burkina-Fasonun paytaxtı Uaqaduquda fəaliyyətini bərpa edib.

“Report” TASS-a istinadən xəbər verir ki, açılış mərasimində Burkina-Faso adından xarici işlər naziri Karamoko Jan-Mari Traore çıxış edib.

Rusiya tərəfdən isə Rusiyanın Kot-d'İvuardakı və Burkina Fasodakı yarımştat səfiri Aleksey Saltıkov çıxış edib.

Bildirilib ki, mərasimdə həmçinin Afrika ölkəsinin Baş naziri, müdafiə, energetika, idman, təhsil nazirləri iştirak ediblər.

29.12.2023 01:26
1170