Sudan hökumətinin ölkədə Rusiya Hərbi Dəniz Qüvvələri bazasının yaradılmasına heç bir əsaslı etirazı yoxdur.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sudanın xarici işlər naziri Əli əs-Sadiq bildirib.
"Əvvəlki hökumət dövründə əldə olunan razılaşmalara heç bir prinsipial etirazımız yoxdur. Bu, dövlətin öhdəliyidir", - deyə nazir bildirib.
Onun sözlərinə görə, yeni parlament Rusiya bazasının yaradılması haqqında sazişi ratifikasiya edəcək.
Qeyd edək ki, 2020-ci ilin dekabrında Rusiya Sudanla Rusiya Hərbi Dəniz Qüvvələrinə logistik dəstək mərkəzinin yaradılmasına dair müqavilə bağlayıb. Belə ki, Sudan müqavilənin qüvvədə olduğu müddət ərzində Rusiyaya pulsuz istifadə üçün ərazi, daşınmaz əmlak, o cümlədən sahil zonası verir. Logistika mərkəzində hərbi və mülki personalın maksimum sayı 300 nəfərdən çox olmamalıdır, onun artırılması Sudanla razılaşdırılmaqla mümkündür.
Musavat.com