Rusiya BOMBALANDI – dəhşətli Q*IRĞIN BAŞLADI, ö*lülər artır, Putin NÜVƏ ƏMRİ VERDİ - CANLIda

Rusiyanın Belqorod vilayətinə növbəti PUA hücumu edilib.

Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna PUA-sı Borisovsk rayonunda “Aqro-Belqorye” şirkətlər qrupuna məxsus maşına çırpılıb. Nəticədə 33 nəfər yaralanıb, 6 nəfər ölüb.

Belqorod vilayətinin qubernatoru Vyaçşeslav Qladkov yaralıların sayının 35-ə çatdığını bildirib:

“Şirkət işçilərini aparan iki “Qazel” və minik avtomobili Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Hadisə Borisovsk rayonunun Berezovka kəndi yaxınlığında baş verib. Təəssüf ki, partlayış nəticəsində 6 nəfər aldığı xəsarətlərdən yerindəcə ölüb”.

Prezident Vladimir Putinin tapşırığına əsasən, Rusiya Baş Qərargahı aviasiya və dəniz qüvvələrinin iştirakı ilə Cənub Hərbi Dairəsinin raket birləşmələrinin təlimlərinə hazırlığa başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirlyi məlumat yayıb.

Bildirilib ki, təlim zamanı qeyri-strateji nüvə silahlarının hazırlığı və istifadəsi üzrə bir sıra tədbirlər həyata keçiriləcək.

“Təlimlər ayrı-ayrı şəxslərin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq bölmələrin şəxsi heyətinin və texnikasının qeyri-strateji nüvə silahlarından döyüş istifadəsinə hazırlığını saxlamaq, cavab tədbirləri görmək və Rusiya dövlətinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz təmin etmək məqsədi daşıyır”, - Rusiya MN vurğulayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

06.05.2024 13:47
2184