Rusiyada Çeçenistana işləməyə gedən 3 Azərbaycan vətəndaşına zorla sənəd imzalatdırıb, Ukrayna ilə müharibəyə yollayıblar. Azərbaycan həmin vətəndaşları ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.
Siyasi şərhçilər bildirir ki, Rusiya Ukrayna müharibəsində itkilərindən və itkilərin yerini yeni hərbçilərlə doldurmaq üçün artıq ölkəsinə gələn xarici vətəndaşları
ya şirinikləndirici yolla, ya məcburiyyət tətbiq etməklə müqavilələr imzalatdırır, müharibəyə göndərir. Kreml müharibəni dayandırmaq istəmədiyindən daima ölümə göndərməyə canlı qüvvə axtaracaq və bu proses davam edəcək.
O da məlumdur ki, Rusiyada 2 milyondan çox azərbaycanlı var. Bəs bu vəziyyət onlar üçün nə qədər təhlükə yaradır?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com