Rusiya azərbaycanlı miqrantlara qadağa qoydu? - Bakı sakinlərindən OLAY kimi cavablar

Rusiyada miqrantlar üçün yeni qadağalar qüvvəyə minib. Belə ki, Rusiya prezidenti Vladimir Putin “Rusiya ərazisində yaşayan xarici vətəndaşların hüquqi statusu haqqında” qanun imzalayıb. Qanuna əsasən, miqrantlara taksi və ictimai nəqliyyat vasitələrini idarə etmək, qida sektorunda çalışmaq, tütün məmulatları və spirtli içkilərin satışını həyata keçirmək, eləcə də məktəbəqədər təhsil müəssisələrində işləmək qadağan edilib.

Bununla yanaşı, Rusiyanın ərazi subyektlərinin rəhbərlərinə ehtiyac olduqda bu qəbildən olan şəxslərə əlavə məhdudiyyətlərin tətbiqi səlahiyyəti verilib.

O da məlumdur ki, Rusiyada xeyli sayda azərbaycanlı miqrant yaşayır. Üstəlik, ikili vətəndaşlığı olan azərbaycanlılar hərbi xidmətə çağırılır.

Bəs Rusiya niyə bu cür addım atır?

TV Musavat mövzu ilə bağlı Bakı sakinləri arasında sorğu keçirib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

15.08.2024 19:26
1595