Rusiya fövqəladə vəziyyətlər zamanı Azərbaycan və Gürcüstandan ümumilikdə 600 MVt həcmində elektrik enerjisi idxal etmək imkanını öyrənmək üçün hər iki ölkəyə sorğu verib.
Musavat.com xəbər verir ki, bunu İnter RAO-nun idarə heyətinin üzvü Aleksandra Panina deyib.
Onun sözlərinə görə, Rusiyanın cənubunda enerji təchizatı ilə bağlı fövqəladə vəziyyət yaranarsa, qeyd olunan ölkələrdən enerji idxalı məsələsi gündəmdədir: “Bəli, biz iki ölkədən soruşduq: Azərbaycan və Gürcüstandan tədarük imkanını öyrəndik. Biz idxal imkanını nəzərdən keçiririk və fövqəladə vəziyyətlərdə iki qonşu enerji sisteminin imkanlarını öyrənmək istəmişik. Əgər fövqəladə vəziyyət yaranarsa, o zaman biz Sistem Operatorunun xahişi ilə iki enerji sisteminə - Gürcüstan və Azərbaycana müraciət edərdik ki, hər biri 300 MVt enerji ilə təmin etməyə hazır olsunlar”.
Paninanın sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ də cavab almayıb.
Musavat.com