Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı SON DƏQİQƏ açıqlaması

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü ilə bağlı konkret razılıq yoxdur".

Musavat.com-un APA-ya istinadən məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, MDB liderlərinin qeyri-formal sammiti çərçivəsində Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı konkret razılığın olmadığını, lakin liderlərin sammit çərçivəsində danışıqlar apara biləcəyini qeyd edib.

14.12.2022 14:44
4465