Rusiya azad iqtisadi zonada PUA zavodu tikir

Rusiya Tatarıstanda yerləşən Alabuqa Azad İqtisadi Zonasında yeni pilotsuz uçuş aparatı (PUA) zavodu tikir.

Bu barədə Türkiyənin "SavunmaSanayiST" portalı məlumat yayıb.

Saytın məlumatına görə, zavodda ildə 5 mindən çox “Shahed-136” tipli kamikadze PUA istehsalı planlaşdırılır.

Qeyd edilib ki, hazırda İran istehsalı olan “Shahed-136” Rusiya tərəfindən Ukrayna ilə müharibədə aktiv şəkildə istifadə olunur.//"Report" 

28.05.2024 13:38
761