Musavat.com xəbər verir ki, bu gün səhər saatlarında Ukraynanın Sumski vilayətinin Belopolye şəhəri yaxınlığında sərnişin mikroavtobusu dron zərbəsinə məruz qalıb. Ukrayna regional hərbi administrasiyasının (OVA) məlumatına görə, hadisə yerində 9 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.
Zərbə saat 06:17 radələrində Rusiya Silahlı Qüvvələrinə məxsus “Lancet” tipli kamikadze dronla endirilib. Rəsmi açıqlamalarda bildirilib ki, hücum dəqiq hədəf alınaraq mülki nəqliyyat vasitəsinə yönəldilib.
Hadisə ilə bağlı Ukrayna hüquq-mühafizə orqanları və yerli təcili yardım qrupları araşdırma və xilasetmə işlərinə başlayıb.
Musavat.com