Rusiya Maliyyə Nazirliyi 2018-ci ildə buraxdığı, müddəti 2029-cu ildə bitən avrobondlar üzrə 65,63 milyon dollarlıq ödənişi həyata keçirib.
Musavat.com nazirliyin açıqlamasına istinadən xəbər verir ki, ödəniş dünən – martın 21-də reallaşdırılıb. Beləliklə də avrobondlar üzrə ödəniş vaxtında və tam həcmd həyata keçirilmiş olub.
Xatırladaq ki, bundan əvvəl Rusiya avrobondlar üzrə 117,2 milyon dollarlıq ödəniş etmişdi. Bu ödənişlər ABŞ-ın Rusiya valyuta ehtiyatlarına qarşı tətbiq etdiyi dondurma qərarından mayın 22-dək dövlət qiymətli kağızları üzrə ödənişlərlə bağlı istisnaya görə mümkün olub. Aprel ayı ərzində Rusiya 1 milyard dollardan yuxarı daha bir ödəniş etməlidir.
Musavat.com