Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) Türkiyənin Hatay şəhərinin Antakya rayonunda baş verən zəlzələnin təsirinin böyüklüyünü göstərən peyk görüntülərini yayımlayıb.
Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Kosmik Agentliyi açıqlama yayıb. Açıqlamada Türkiyənin cənub-şərq bölgələrində kosmosdan monitorinq aparıldığı qeyd olunub.
Bildirilib ki, Hatayın Antakya rayonundakı dağıntının miqyasını göstərən görüntülər Kanopus-V peykindən çəkilib.