Rusiya ABŞ-ın Ukraynadakı fəaliyyəti ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya hipersəs silahlarının yaradılmasında ABŞ-ı xeyli qabaqlayıb. Rusiya ABŞ-ın Ukraynadakı hərbi-bioloji fəaliyyəti ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının açıq iclaslarında qaldırmaq niyyətindədir. ABŞ-dakı demokrat neomühafizəkarlar Ukrayna rəsmilərindən istifadə edərək ABŞ Prezidenti Cozef Baydenə təzyiq göstərir və onu Kiyevə çoxsaylı raket sistemləri verməyə razı salmağa çalışırlar”, - diplomat vurğulayıb.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.00-də Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TV
Musavat.com