Rusiya agentlərinin siyahısı ÜZƏ ÇIXDI– Nəzakət Məmmədovadan sonra sıra onlarındır –CANLIda

Politoloq Nəzakər Məmmədova "dövlətə xəyanət" ittihamı ilə saxlanılıb və məhkəmənin qərarı ilə barəsində istintaq müddətində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Nəzakət Məmmədovanın Rusiyaya casusluğa görə saxlanılması barədə məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksəriyyət onun Rusiya-Ukrayna savaşında Kremli dəstəklədiyi, hətta Azərbaycana qarşı da Moskvanın maraqlarını təbliğ etdiyi, bütün sosial şəbəkə paylaşımlarının rusyönlü olduğu üçün saxlanıldığını iddia edib.

Dosent Zaur Əliyev isə daha detallı informasiya ilə çıxış edib. O bildirib ki, Rusiya və ya hər hansı ölkənin maraqlarına xidmət edən statuslar yazmaq və paylaşımlar etməklə adamı həbs etmirlər:
"Ancaq dünyanın terrorçu təşkilat kimi tanıdığı "Vaqner"i təbliğ edən Teleqram kanalını yaratmaq, informasiya ötürmək, müharibənin ən qızğın vaxtında Ukraynaya, döyüşlərin getdiyi təhlükəli bölgəyə səfər etmək şübhəlidir: ora hansı yolla, hansı maliyyə ilə gedilib? Türkiyəyə getmək, görüşlər keçirmək, bank hesabına gələn şübhəli məbləğlərdir əsas səbəb".

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində dosent, siyasi ekspert Zaur Əliyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

24.10.2023 13:38
2187