Rusiya 11 istiqamətdə HÜCUMA KEÇDİ - Putin Gerasimova xüsusi TAPŞIRIQ VERDİ

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimova Kursk vilayətinin və digər sərhədyanı ərazilərin Ukrayna Silahlı Qüvvələrindən təmizlənməsi başa çatdıqdan sonra ayrıca məruzə ilə çıxış etməyi tapşırıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Putin bu məsələyə Pasxa atəşkəsinin elanından əvvəl Gerasimovla görüşü zamanı toxunub.

“Sərhəd bölgələrində - Kursk və Belqorod vilayətlərində - bu əraziləri təmizləmək üçün döyüş əməliyyatları başa çatdıqdan sonra ayrıca hesabat verin”,– deyə Putin Gerasimovun məruzəsini dinlədikdən sonra deyib.

Gerasimov Putinə bildirib ki, Şimal-Şərq Hərbi Dairəsinin bütün 6 qoşun qrupu 11 istiqamətdə hücum əməliyyatı aparır.

İqbal RZAYEV,
Musavat.com

19.04.2025 18:46
771