Rus turistlərə şad xəbər: “Türkiyəyə turlar 15-20 faiz ucuzlaşıb”

Yayın son həftəsində Türkiyəyə turlar 15-20 faiz ucuzlaşıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə turizm eksperti, “MAYEL Travel” turizm agentliyinin təsisçisi Maya Kotlyar özünün “Maya Kotlyarla turizm” Telegram kanalında məlumat yayıb və ruslara məşhur kurort ölkəsində tətil qiymətlərinin ucuzlaşdığını bildirib.

Onun sözlərinə görə, bəzi dəbdəbəli otellərdə yerləşmə qiymətləri 30 faiz ucuzlaşıb. "Məsələn, əgər siz ailənizlə birlikdə “Gloria” otellərinə getmək arzusunda idinizsə, indi vaxtdır", - ekspert xəbərdarlıq edib.

Bundan əlavə, Kotlyar Türkiyənin Belek şəhərindəki “Cullinan Golf & Resort” otelində istirahətin qiymətinin 13 faiz ucuzlaşdığını qeyd edib. O əlavə edib ki, sentyabrda qiymətlər eyni səviyyədə olacaq.

Daha əvvəl Rusiya Tur Operatorları Assosiasiyası bildirmişdi ki, Türkiyəyə avqustun sonunda yola düşənlər üçün turlar 100 min rubldan aşağıdır.

Musavat.com

28.08.2024 15:36
372