"Rus sülhməramlıları Azərbaycandan çıxacaq" - SENSASİON AÇIQLAMA

Ermənistanda baş verən siyasi qalmaqal və Qarabağdakı son antiterror tədbirləri müxtəlif siyasi dairələrdə ciddi müzakirə olunur. Rusiyada da erməni mövzusu gündəmin ən çox müzakirə olunan mövzusudur. Rusiya mətbuatı bununla bağlı müxtəlif səpkili materiallar dərc edir.

Rusiyalı siyasi icmalçı, köşə yazarı Alexander Budbergin toxunduğu bəzi məqamları oxucuların diqqətinə çatdırırıq.

Budberq qeyd edir ki, Ermənistan cəmiyyəti Qarabağ problemindən bezib və yorulub: "Rusiya sülhməramlısı da Azərbaycanı tərk edəcək. Rusiyada erməni lobbisinin maraqlarını güdənlər bundan sonra susacaq və sakit oturacaqlar. Aydındır ki, Azərbaycanda Qarabağın statusu müzakirə mövzusu deyil. Orada yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının statusu Azərbaycanın digər bölgələrində yaşayan əhalinin statusu ilə eyni olacaq. Ermənistanda bu məsələyə və baş verənlərə sakit yanaşırlar. Bunu İrəvan küçələrində etirazçıların sayından da görmək olar. Bu o deməkdir ki, hətta Ermənistan faktiki olaraq Qarabağ üçün ayrıca status iddiasında deyil. Deməli, Ermənistan cəmiyyəti Qarabağ problemindən bezib".//konkret.az

27.09.2023 21:09
2890