“Rus sərhədçilərin İrəvan aeroportundan çıxarılması...” - Mamicanyan

“Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin İrəvanın Zvartnots Beynəlxalq Hava Limanından çıxarılması ehtimalı ilə bağlı danışıqları çirkin manipulyasiyadır”.

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin müxalifətçi deputatı, revanşist siyasətçi Ayk Mamicanyan tərəfindən səslənib.

Mamicanyan vurğulayıb ki, hava limanında Rusiya sərhədçilərinin olması Ermənistan Respublikasının müstəqilliyini şübhə altına qoymur və onun suverenliyinə təhlükə törətmir.

“İrəvan Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici sərhədi sayılır. Onların mövcudluğu bununla bağlıdır”, - deyə Ayk Mamicanyan bildirib.

Musavat.com

01.03.2024 15:48
1290