“Rusiya sərhədçiləri Sünik rayonunun Nerkin Hand kəndini tərk ediblər”.
Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Sünik vilayətinin qubernatoru Robert Qukasyan məlumat verib.
“44 günlük müharibədən sonra rus hərbçiləri yerləşdirildikləri bölgələrdən çıxıblar. İndi orada sərhədçilər də qalmayıb”, - deyə o qeyd edib.
“Rusların hələ olduğu yerlər qalıbmı” sualına erməni qubernator dəqiq cavab verə bilməyib. O bəyan edib ki, Sünikdə Rusiya sərhədçilərinin geri çəkilməsindən başqa heç nə baş vermir.
Musavat.com