Rusiya işğalçı ordusu günbəgün Donetsk vilayətinin Pokrovsk şəhərinə yaxınlaşır. Artıq böyük itkilərə baxmayaraq, Rusiya birləşmələrinin şəhərə çatmasına bir neçə kilometr qaldığı barədə məlumatlar yayılır. Pokrovsk Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Dobryak “Azadlıq” radiosuna açıqlamasında hər gün 500-600 nəfərin şəhəri tərk etdiyini deyib. Ümumiyyətlə, Pokrovskdan dinc əhalinin təxliyəsinin sürətləndirildiyini deyən məmur insanların rahat şəkildə şəhəri tərk etməsi üçün cəmi iki həftə vaxt qaldığını qeyd edib.
Yerli hakimiyyət orqanları insanları şəhəri tərk etməyə çağırır, nə qədər ki, sakit şəkildə bunu etmək mümkündür. Hazırda şəhərdə bütün xidmətlər fəaliyyət göstərir. Lakin S.Dobryak onların işini tezliklə dayandıracağını proqnozlaşdırır: “Bu gün Pokrovskda hər şey işləyir, bütün xidmətlər, yəni su, işıq, qaz, ictimai nəqliyyat, marketlər, məhkəmələr və sair. Amma başa düşürük ki, bir həftədən sonra yavaş-yavaş hər şey yığışdırılacaq.
Rusiya ordusu Donetsk vilayətindəki Artyomovo (Zaliznoe) yaşayış məntəqəsini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
TVMusavat-ın bu gün saat 16:02-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu və siyasi ekspert Elşad Paşasoy Putinin Bakı səfərini və Donbas müharibəsini müzakirə edirlər.
Youtube səhifəsinin ünvanı: