Rusiya ordusunun Pokrovsk istiqamətində irəliləməsi Ukrayna Silahlı Qüvvələrini öz mövqelərindən şəhərin cənub-şərqinə çəkilməyə məcbur edib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, ruslar bu ərazidə Ukrayna qüvvələrinin taktiki mühasirəsini həyata keçirməyə cəhd edib.
Müharibənin Tədqiqi İnstitutunun məlumatına görə, avqustun 22-də yayılan geolokasiya görüntüləri göstərir ki, ruslar bu yaxınlarda Ptiçye kəndini (Pokrovskdan cənub-şərqdə) tutub və daha da cənuba doğru irəliləyiblər.
Musavat.com