ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın NATO ölkəsinə hücum edə və ABŞ-ı daha geniş münaqişəyə sürükləyə biləcəyini bildirib. O, bu barədə CNN-ə müsahibəsində danışıb.
Dövlət katibi bildirib ki, Rusiya Ukraynada dayandırılmalıdır: “Ukrayna son bir il ərzində əhəmiyyətli irəliləyiş əldə edib. Ukrayna 2022-ci ilin fevralından bəri ələ keçirilən ərazilərin 50%-dən çoxunu azad edib”.
Aparıcı Qərb ölkələrinin yüksək vəzifəli şəxsləri Ukrayna Prezidenti Vladimir Zelenskinin dəyişdirilməsi zərurətini getdikcə daha çox müzakirə edirlər. Rusiya Xarici Kəşfiyyat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Brüsseldə Zelenskinin mümkün varisləri arasında Zalujnı, Budanov, Yermak, Aretoviç, Kliçkonu nəzərdən keçirilir. “Qərbdə hesab edirlər ki, Zelenski həddindən artıq irəli gedib və lazım gələcəyi təqdirdə münaqişəni “dondurmaq” üçün Rusiya Federasiyası ilə danışıqlarda tərəf ola bilməyəcək.
Zelenskinin Qərb tərəfindən mümkün dəyişdirilməsinin səbəbləri arasında onun “sonsuz kobudluğu” və Rusiya ilə münaqişədə manevr qabiliyyətini itirməsi də göstərilir. ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, hərbi vəziyyətin inkişafını nəzərə alaraq, Zelenskinin tezliklə dəyişdirilməsi zərurəti yarana bilər”, deyə Rusiya Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə söhbətləşir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: