Rus hərbçiləri kütləvi şəkildə QAÇIR – 100-ə yaxın əsgər hasarı yarıb, polis və helikopterlər ərazidədir - VİDEO

Musavat.com xəbər verir ki, Rusiya mediasında və sosial şəbəkə platformalarında yayılan məlumatlara görə, Krasnodar bölgəsində yerləşən hərbi hissələrdən birində təxminən 100-ə yaxın rus hərbçisi kütləvi qaçış cəhdi göstərib.

Məlumata görə, hadisə axşam saatlarında baş verib. “Baza” kanalının yazdığına görə, həmin hərbi hissədə daha öncə özbaşına xidməti tərk edən və intizam tədbirləri üçün istifadə olunan hərbçilər saxlanılırdı. Onlar gecə saatlarında saxlandıqları ərazinin hasarını yararaq oranı tərk etməyə çalışıblar. Hələlik kimin qaça bildiyi, kimin tutulduğu barədə rəsmi məlumat yoxdur.

Digər bir rus kanalı olan “Ostorožno, Novosti” isə bildirir ki, hadisənin baş verdiyi bölgəyə çoxlu sayda polis maşını cəlb olunub, əraziyə helikopterlər göndərilib və yollar bağlanıb.

Hadisə barədə Rusiya Müdafiə Nazirliyi hələlik rəsmi açıqlama yaymayıb. Qeyd edək ki, bu cür hallar rus ordusunda intizam və könüllü döyüş istəkləri ilə bağlı ciddi problemlərin mövcudluğunu yenidən gündəmə gətirib.

 

Musavat.com

19.04.2025 00:47
1700