İyunun 26-da Şuşa rayonunun Salatınkənd və Turşsu kəndlərində qanunsuz məskunlaşmış ermənilərin bir qrupu Xankəndiyə gedib-qayıdıblar.
Musavat.com erməni mediasına istinadən bildirir ki, onlar rus sülhməramlılarının müşayiəti ilə mikroavtobuslarla Xankəndiyə yola düşüblər və heç bir problem olmadan kəndlərinə qayıdıblar. Salatınkənd icmasının rəhbəri Artak Akopyan da faktı təsdiqləyib. Onun sözlərinə görə, kənd sakinləri vaxtilə tərəvəz əkib, indi isə məhsul yığırlar ki, bu da ərzaq çatışmazlığını müəyyən qədər kompensasiya edir.
İyunun 23-də də qonşu Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində yaşayan ermənilər Rusiya sülhməramlılarının müşayiəti ilə gündəlik həyat üçün lazım olan ərzaqları almaq üçün Xanləndiyə sərbəst şəkildə getmişdilər.
Musavat.com