Sosial şəbəkələrdə rus hərbçilərin Ukrayna Silahlı Qüvvələrinə təslim olduqlarını əks etdirən videogörüntülər yayılıb.
Paylaşılan görüntülərin Ukraynanın Xerson şəhərində lentə alındığı bildirilir. Rusiyanın BMP-2 hərbi maşının 3 ekipajı ağ bayraq qaldıraraq, Ukrayan hərbçilərinə təslim olublar.
Müharibənin gedişində nələr baş verir? Putin nüvə silahı ilə bağlı təhdid edirsə, bunu reallaşdıracaqmı? Ukrayna hansı əraziləri geri qaytara biləcək?
Bu və gündəmdəki bir çox sualları bu gün Kamranla 1 verilişində aparıcı Kamran Həsənli hərbi ekspert Fəhmin Hacıyevlə müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Musavat.com