"Rus əsgəri özbaşınadır ki, Qarabağdan çıxmasın?" - Paytaxt sakinləri sülhməramlılara "yol göstərdi"

“Qarabağda hazırda erməni qalmayıb, onların hamısı gedib”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin ötən gün çıxışında bildirdi. Onu sözlərinə görə, Qarabağda hazırda maksimum 1000-1500 nəfər erməni qalıb.  Ekpsertlər də bildirirlər ki, Rusiya sülhməramlı qoşunlarının artıq Qarabağda müdafiə edəcək ermənilər yoxdur, ona görə tezliklə, noyabrın 1-nə qədər  sülhməramlılar Qarabağdan çıxacaqlar.

Xatırladaq ki, Şuşa və ətraf bölgələrdə artıq Rusiya sülhməramlılarının məntəqələri fəaliyyətini dayandırıb. Bu ona əlamətdir ki, onlar artıq-yavaş yavaş gedirlər. Bəs cəmiyyətimimz noyabrın 1-dək Rusiya sülhməramlılarının Qarabağdan tamamilə çıxıb gedəcəyinə inanırmı?

Mövzu ilə bağlı TV Müsavat-ın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib.

Həmin reportajı təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

06.10.2023 19:16
1104